Ana Sayfa > Karusel / Siyasət > İş yerlərinin fəaliyyətinə icazə verilir
İş yerlərinin fəaliyyətinə icazə verilir16-01-2021, 10:47. Yazar: Admin |
Azərbaycan ərazisində iş və xidmətlərin fəaliyyətinə qoyulan məhdudiyyətlər götürülür. Qarabaginfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Opreativ Qərargah qərar verib. Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir: ● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla); ● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); ● muzey və sərgi zallarının fəaliyyəti; ● şəhərlərarası və rayonlararası hərəkət. Geri dön |