Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Emin Əmrullayev mərakeşli həmkarı ilə görüşüb
Ana Sayfa > Karusel / Təhsil > Emin Əmrullayev mərakeşli həmkarı ilə görüşüb

Emin Əmrullayev mərakeşli həmkarı ilə görüşüb


17-02-2026, 11:07. Yazar: Admin

Emin Əmrullayev mərakeşli həmkarı ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına səfəri çərçivəsində bu ölkənin milli təhsil, məktəbəqədər və idman naziri Mohamed Saad Berrada ilə görüş keçirilib.

Bu barədə Qarabaginfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüş çərçivəsində iki ölkə arasında məktəbəqədər və ümumi təhsil, eləcə də STEAM təhsili sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirə aparılıb.


Geri dön