Ana Sayfa > Karusel / Dünya > Saymon Stil Azərbaycana təşəkkür edib

Saymon Stil Azərbaycana təşəkkür edib


12-02-2026, 21:22. Yazar: Admin

Saymon Stil Azərbaycana təşəkkür edib

BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Azərbaycana təşəkkür edib.

Qarabaginfo.az-ın məlumatına görə, Saymon Stil COP31-ə hazırlıq çərçivəsində İstanbulda keçirilən mətbuat konfransında çıxışı zamanı COP29-a sədrlik etmiş Azərbaycana və COP30-a sədrlik etmiş Braziliyaya təşəkkürünü bildirib.

O, Antalyada keçiriləcək COP31-in də səmərəli olacağını vurğulayıb:

“Aydındır ki, Antalyada keçiriləcək COP31 fövqəladə bir dövrdə baş tutacaq. Biz yeni bir qlobal nizamsızlıq mühitinin içərisindəyik. Bu, qeyri-sabitlik və etimadsızlıq, güc nümayişlərinin və ticarət müharibələrinin yaşandığı bir dövrdür. Beynəlxalq əməkdaşlıq anlayışı birbaşa hücum altındadır. Lakin iqlim tədbirləri qeyri-sabit dünyaya sabitlik gətirə bilər”, - Saymon Stil qeyd edib.


Geri dön