Ana Sayfa > Karusel / Region / İqtisadiyyat > KİV: ABŞ Ermənitanda 13 milyard dollardan çox investisiya yatıra bilər

KİV: ABŞ Ermənitanda 13 milyard dollardan çox investisiya yatıra bilər


12-02-2026, 21:15. Yazar: Admin

KİV: ABŞ Ermənitanda 13 milyard dollardan çox investisiya yatıra bilər

Ermənistan ABŞ-dan ümumilikdə 13 milyard dollardan çox investisiya gözləyir ki, bu da ölkənin ÜDM-sinin təqribən yarısını təşkil edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg“də yazı dərc olunub.

Yazıda qeyd olunana görə, investisiyanın 9 milyardı mülki məqsədlər üçün nüvə enerjisi sahəsində tərəfdaşlıqdan ibarət olacaq və böyük ehtimalla “Metsamor” nüvə obyekti başqa bir müəssisə ilə əvəz olunacaq.

İnvestisiyanın 4 milyard dollara qədər hissəsi isə süni intellekt təşəbbüslərinin inkişafına yönəldiləcək ki, burada “Firebird” və “Nvidia” şirkətlərinin 2026-cı ildə geniş kompüter infrastrukturu yaratması nəzərdə tutulur.

Məqalədə yazılana görə, bu investisiyalar Ermənistanın baş naziri Nikol Paşinyanın seçkilər ərəfəsində mövqeyini gücləndirəcək və ölkənin Rusiyadan asılılığını azaldacaq.


Geri dön