Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Pentaqon: ABŞ NATO-nu asılılıq yox, tərəfdaşlıq üzərində qurmaq istəyir
Ana Sayfa > Karusel / Dünya > Pentaqon: ABŞ NATO-nu asılılıq yox, tərəfdaşlıq üzərində qurmaq istəyir

Pentaqon: ABŞ NATO-nu asılılıq yox, tərəfdaşlıq üzərində qurmaq istəyir


12-02-2026, 20:38. Yazar: Admin

ABŞ-ın müharibə nazirinin müavini Elbric Kolbi

 

ABŞ-ın müharibə nazirinin müavini Elbric Kolbi Avropa ilə ABŞ arasında Şimali Atlantika Alyansı çərçivəsində əməkdaşlığın yeni mərhələyə keçməli olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, Kolbi bu fikirləri NATO-nun Baş Qərargahında keçirilən alyansın müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, Avropa və ABŞ-ın NATO çərçivəsində birgə fəaliyyəti asılılıq prinsipi deyil, bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulmalıdır və bu, yeni “NATO 3.0” versiyasının formalaşmasına gətirib çıxarmalıdır.

Kolbi qeyd edib ki, 2025-ci ildə ABŞ Prezidenti və NATO-nun Baş katibinin liderliyi ilə alyans daxilində yenidən qiymətləndirmə aparılıb, Avropanın NATO-nun ənənəvi müdafiəsinə rəhbərlik etməsi ideyasına real və səmimi bağlılıq yaranıb.

Pentaqon rəhbərinin müavini əlavə edib ki, NATO-nun tərəfdaşlıq üzərində qurulmuş “NATO 3.0” modelinə keçidi təşkilatın ilkin məqsədinə qayıdışı ifadə edəcək.

“Həqiqətən möhkəm tərəfdaşlıq fəaliyyəti üçün əsas var. Bunun üçün NATO-nu asılılıq üzərində deyil, tərəfdaşlıq üzərində qurulmuş, alyansın başlanğıc məqsədinə geri dönməsini təmin edən bir növ “NATO 3.0”-a çevirməliyik”, – Kolbi vurğulayıb.


Geri dön