Ötən il Azərbaycan 59 802,34 min ABŞ dolları dəyərində 1 323 516,99 min kVt-saat elektrik enerjisi ixrac edib.
Qarabaginfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 22,2%, həcmi isə 25,3% azalıb. APA