Ana Sayfa > Karusel / Dünya > Rodriges: Venesuela və ABŞ energetika sahəsində əməkdaşlıq proqramı hazırlayacaq

Rodriges: Venesuela və ABŞ energetika sahəsində əməkdaşlıq proqramı hazırlayacaq


12-02-2026, 08:25. Yazar: Admin

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges

 

Venesuela və ABŞ energetika sahəsində əməkdaşlıq proqramı hazırlamaq barədə razılığa gəliblər.
Qarabaginfo.az xəbər verir ki, bu bəyanatla Bolivar Respublikasının prezidenti vəzifəsini icra edən Delsi Rodriges çıxış edib.

Onun sözlərinə görə, Karakasda ABŞ-ın energetika naziri Kris Rayt ilə görüşün yekununda bildirilib ki, proqram uzunmüddətli tərəfdaşlığın əsasını təşkil edəcək.

“Əsas, birinci bənd uzun müddət mövcud olacaq tərəfdaşlığın yaradılmasıdır”, – deyə Rodriges bildirib.


Geri dön