Ana Sayfa > Karusel / Kriminal > Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb

Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb


11-02-2026, 15:48. Yazar: Admin

Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb

Rusiyanın Anapa şəhərinin sənaye texnikumunun yaxınlığında baş verən atışmada iki nəfər yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Kuban" məlumat yayıb.

Məlumatlara görə, hücumda şübhəli şəxs artıq saxlanılıb, onun üzərindən silah-sursat aşkar olunub. Hadisə yerində Rusiya Milli Qvardiyası, polis və təcili xidmət əməkdaşları çalışır. Hüquq-mühafizə orqanları hələ rəsmi şərh verməyib.

Bildirilir ki, texnikum tələbələri atışma səslərini eşidəndən sonra binanın qapısını bağlayıblar.


Geri dön