Ana Sayfa > Karusel / Multimedia > Məhkəmə Ekspertizası Mərkəzi ötən il 27 minə yaxın iş üzrə ekspert rəyi və arayış verib
Məhkəmə Ekspertizası Mərkəzi ötən il 27 minə yaxın iş üzrə ekspert rəyi və arayış verib11-02-2026, 14:17. Yazar: Admin |
|
2025-ci il ərzində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 növ və 41 ekspert ixtisası üzrə ekspertlər tərəfindən 26.890 iş barədə ekspert rəyi və arayış verilib. Bu barədə Qarabaginfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, verilmiş rəy və arayışların daxil olmuş işlərə nisbəti 2024-cü il ilə müqayisədə 6.6 faiz artıb. Hesabat dövründə ekspertlər tərəfindən 2.216.778 obyekt üzərində tədqiqat aparılıb, məhkəmələr və hüquq-mühafizə orqanları tərəfindən qərar və qərardadlarda qoyulmuş 78.808 sual cavablandırılıb.
Geri dön |