Ana Sayfa > Karusel / Siyasət > Səfirlik: Vensin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir

Səfirlik: Vensin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir


11-02-2026, 11:14. Yazar: Admin

Səfirlik: Vensin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir

"Bu gün ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və İkinci xanım Uşa Vens Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər".

Qarabaginfo.az xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşımda qeyd edilib.

"Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsi olmaqla yanaşı, anım mədəniyyətinin, insan ləyaqətinin və sülhün vacibliyini bir daha vurğuladı", - paylaşımda bildirilib.

Səfirlik: Vensin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir

Geri dön