Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Laricani: ABŞ nüvə danışıqlarının konkret həll yolu ilə nətciələnməsini istəyir
Ana Sayfa > Karusel / Dünya > Laricani: ABŞ nüvə danışıqlarının konkret həll yolu ilə nətciələnməsini istəyir

Laricani: ABŞ nüvə danışıqlarının konkret həll yolu ilə nətciələnməsini istəyir


11-02-2026, 10:44. Yazar: Admin

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani

 

Amerikalılar nüvə müzakirələrinin konkret həll yolu ilə nətciələnməsini istəyirlər.

Qarabaginfo.az  “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

“Amerikalılarla danışıqlar nisbətən yaxşı davam edir. Görünür ki, onlar bu dialoqun konkret həll yolunun tapılması istiqamətində davam etməsini istəyirlər. Hələ ki, tam nəticə çıxarmaq olmaz, çünki, cəmi bir görüş olub. Danışıqların davamını izləyəcəyik”,-Laricani qeyd edib.

O əlavə edib ki, danışıqların növbəti dəfə harada və nə zaman keçirilməsi barədə qərar veriləcək.

Laricani Omana səfəri barədə danışarkən bildirib ki, səfər çox faydalı keçib və Oman rəsmiləri ilə də regional məsələlər barədə danışıqlar ümidverici xarakter daşıyır.


Geri dön