Ana Sayfa > Karusel / Dünya > Somalidə sərnişin təyyarəsi qəzaya uğrayıb

Somalidə sərnişin təyyarəsi qəzaya uğrayıb


11-02-2026, 08:31. Yazar: Admin

Somalidə sərnişin təyyarəsi qəzaya uğrayıb

Somalinin paytaxtı Moqadişudan havaya qalxan sərnişin təyyarəsi texniki nasazlıq səbəbilə uçuşdan qısa müddət sonra geri dönüb.

Qarabaginfo.az xəbər verir ki, hava limanına geri dönən təyyarə eniş etmək istəyərkən enmə zolağından çıxıb və təyyarənin qanadı qırılıb.

Göyərtəsində 55 nəfər olan Somalinin “StarSky” aviaşirkətinə məxsus Fokker 50 sərnişin təyyarəsinin enişi zamanı xəsarət alan olmayıb.


Geri dön