Ana Sayfa > Karusel / Dünya > ABŞ quruda narkotik qaçaqmalçılığına qarşı mübarizəyə başlayacaq

ABŞ quruda narkotik qaçaqmalçılığına qarşı mübarizəyə başlayacaq


11-02-2026, 08:25. Yazar: Admin

ABŞ quruda narkotik qaçaqmalçılığına qarşı mübarizəyə başlayacaq

ABŞ quruda narkotik qaçaqmalçılığına qarşı mübarizəyə başlamaq niyyətindədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

"Narkotik qaçaqmalçılığı əhəmiyyətli dərəcədə azaldılıb. Gəmilərə zərbə endirməklə narkotik qaçaqmalçılığını azaltmışıq. İndi isə quruda əməliyyatlara başlayacağıq. Əvvəlcə gəmilərlə məşğul olmalı idik, çünki quruda zərbələr endirsəydik, onlar dərhal gəmilərə keçərdilər. İndi onlar getdiklərinə görə quruda zərbələrə başlayacağıq", - Tramp bildirib.


Geri dön