Ana Sayfa > Karusel / Dünya > Venesuela İsrailə xam neft satışı ilə bağlı iddiaları təkzib edib
Venesuela İsrailə xam neft satışı ilə bağlı iddiaları təkzib edib11-02-2026, 08:21. Yazar: Admin |
![]() Venesuelanın kommunikasiya naziri Migel Angel Perez “Telegram” hesabında bəzi media orqanlarında Venesuelanın İsrailə xam neft satdığı iddia edilən xəbərlərə münasibət bildirib. Qarabaginfo.az xəbər verir ki, Perez, “Bloomberg“ tərəfindən yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirərək yayılan xəbərləri təkzib edib. Perez, iddialara səbəb olan şəklin 2009-cu ildə İsrailin “Bazan Group” şirkətinə xam neft satışından olduğunu bildirib. Qeyd edək ki, agentlik Venesuelanın 2009-cu ildən bəri İsrailə ilk dəfə neft satışı həyata keçirdiyi ilə bağlı məlumat yaymışdı. Geri dön |