Ana Sayfa > Karusel / Gündəm > Millət vəkili: “Şuşanın Qafqazın incisinə çevirəcəyimizin mesajını dünyaya veririk”
Millət vəkili: “Şuşanın Qafqazın incisinə çevirəcəyimizin mesajını dünyaya veririk”15-01-2021, 16:55. Yazar: Admin |
“Bu gün Müzəfər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşa şəhərinə səfəri tarixi hadisədir”. Bunu Qarabaqinfo.az-a açıqlamasında Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım bildirib. Deputat bildirib ki, qalib dövlətin başçısının Şuşaya səfəri bütün dünyaya, o cümlədən 30 ilə yaxın bu torpağı işğal altında saxlamış ermənilərə ciddi mesajdır: “Vaxtilə Ümummilli Liderimiz Heydər Əliyev, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” demişdi. Bu gün İlham Əliyev və Mehriban Əliyeva bu müqəddəs torpağa ayaq basmaqla Ulu Öndərimizin ruhunu şad etdi. Prezident hər zaman çıxışlarında demişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu çox önəmli bir mesaj idi və bugünkü gün biz buna nail olmuşuq. Biz eyni zamanda, Şuşanın yenidən təkcə Azərbaycanın yox, Qafqazın incisinə çevirəcəyimizin mesajını dünyaya veririk”.
Geri dön |