Ana Sayfa > Karusel / Mədəniyyət > Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib

Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib


10-02-2026, 21:11. Yazar: Admin

Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib

 

10–13 fevral tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir.

Mədəniyyət Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, sessiya çərçivəsində fevralın 10-da İslam Dünyasının İrs Siyahısına və İslam Dünyası İrsinin İlkin Siyahısına təqdim olunmuş nominasiyalar müzakirə edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və “Şuşa Şəhər Dövlət Qoruğu” nominasiya fayllarının ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.

Bununla da ilk dəfə olaraq Ağdam abidələri beynəlxalq mədəni irs siyahılarına daxil edilib.


Geri dön