Ana Sayfa > Karusel / Siyasət > Ceyms Devid Vens: Əvvəllər münaqişənin olduğu yerdə rifah yaradacağıq

Ceyms Devid Vens: Əvvəllər münaqişənin olduğu yerdə rifah yaradacağıq


10-02-2026, 20:57. Yazar: Admin

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens

 

Əvvəllər münaqişənin olduğu yerdə rifah yaradacağıq.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.

“Münaqişələrin və müharibələrin baş verməsinin qarşısını ala biləcək ən böyük məsələlərdən biri iki xalqın birlikdə çalışaraq böyük rifaha nail olmasıdır. Sülhü ABŞ Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri yaradıb. Birgə səylər nəticəsində əvvəllər müharibənin olduğu yerdə sülh yaradıldı. Gələcəkdə bir vaxtlar yalnız döyüş və münaqişənin olduğu yerdə isə rifah yaradacağıq”, - ABŞ Vitse-prezidenti vurğulayıb.


Geri dön