Ana Sayfa > Karusel / Dünya > ABŞ-ın iki şirkətindən asılıyıq - Veymert

ABŞ-ın iki şirkətindən asılıyıq - Veymert


10-02-2026, 12:36. Yazar: Admin

ABŞ-ın iki şirkətindən asılıyıq - Veymert

Avropa ABŞ-ın “Visa” və “Mastercard” kimi iri ödəniş şirkətlərindən asılılığı təcili şəkildə azaltmalıdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Məlumata görə, transatlantik münasibətlər pisləşərsə, bu şirkətlərin dominant mövqeyinin təzyiq alətinə çevrilə biləcəyi ilə bağlı narahatlıqlar var.

Avropa Ödənişlər Təşəbbüsünün rəhbəri Martina Veymert bildirib ki, Avropada sərhədlərarası fəaliyyət göstərə bilən alternativ sistem yoxdur.

“Biz onlardan yüksək dərəcədə asılıyıq. Təcili tədbir görülməlidir”, - o xəbərdarlıq edib.

 


Geri dön