Ana Sayfa > Karusel / Dünya > ABŞ daha bir gəmiyə zərbə endirdi: 2 nəfər öldü

ABŞ daha bir gəmiyə zərbə endirdi: 2 nəfər öldü


10-02-2026, 11:51. Yazar: Admin

ABŞ daha bir gəmiyə zərbə endirdi: 2 nəfər öldü

ABŞ ordusu Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən gəmiyə zərbə endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

“Hücum nəticəsində iki narko-terrorçu öldürülüb, biri isə sağ qalıb. ABŞ Sahil Mühafizəsinə sağ qalan şəxs üçün axtarış və xilasetmə sistemini aktivləşdirmək barədə xəbər verilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, indiyə qədər ABŞ ordusu Karib dənizi və Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən 130 nəfəri öldürüb.

 


Geri dön