Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Aİ səfiri: Azərbaycan da iqlim dəyişikliyindən əziyyət çəkir
Ana Sayfa > Karusel / Siyasət > Aİ səfiri: Azərbaycan da iqlim dəyişikliyindən əziyyət çəkir

Aİ səfiri: Azərbaycan da iqlim dəyişikliyindən əziyyət çəkir


10-02-2026, 11:43. Yazar: Admin

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç

 

Azərbaycanın Merlər Razılaşması təşəbbüsündə iştirakı onun iqlim dəyişikliyi ilə bağlı beynəlxalq öhdəliklərinə sadiqliyinin göstəricisidir.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Merlər Razılaşması təşəbbüsü ilə bağlı tədbirdə deyib.

“Hamı kimi, Azərbaycan da iqlim dəyişikliyindən əziyyət çəkir. Mənə məlumat veriblər ki, Xəzər dənizinin səviyyəsində ciddi azalma müşahidə olunub. Biz birlikdə çalışmaqla karbon emissiyalarının həcmini azalda, bunu Azərbaycanın müxtəlif şəhərlərində edə bilərik. Azərbaycanın Merlər Razılaşması təşəbbüsünə qoşulması onun öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə çalışdığını göstərir”, - Aİ səfiri bildirib.


Geri dön