Ana Sayfa > Karusel / Hadisə > Rusiyanın Krasnodar bölgəsində 4.8 bal gücündə zəlzələ olub

Rusiyanın Krasnodar bölgəsində 4.8 bal gücündə zəlzələ olub


10-02-2026, 11:24. Yazar: Admin

 

zəlzələlər

Rusiyanın cənubunda, Krasnodar bölgəsində 4.8 bal gücündə zəlzələ baş verib. Güclü təkanlar Novorossiysk və Anapa şəhərlərində hiss olunub.

Bu barədə Novorossiysk şəhərinin meri Andrey Kravçenko məlumat yayıb.

Onun sözlərinə görə, zəlzələ şəhərin infrastrukturuna ziyan vurmayıb.

Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzindən zəlzələnin 4.8 bal gücünə malik olduğunu bildirilib.


Geri dön