
“Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir. Müharibə dövründə yoluxmaların sayında artım müşahidə edilirdi”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycan artıq pandemiya ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur.
“Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq”, - deyə İ. Məmmədov vurğulayıb.
Geri dön
|