Ana Sayfa > Karusel / İqtisadiyyat > Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılıb

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılıb


9-02-2026, 17:07. Yazar: Admin

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılıb

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.

Bundan əvvəl bu müddət 2026-cı il yanvarın 1-dək müəyyən edilmişdi.

Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar dayandırılıb.


Geri dön