Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kreml ABŞ-dan dondurulmuş aktivlərin "Sülh Şurası"na yönləndirilməsi təklifinə cavab almayıb
Ana Sayfa > Karusel / İqtisadiyyat > Kreml ABŞ-dan dondurulmuş aktivlərin "Sülh Şurası"na yönləndirilməsi təklifinə cavab almayıb

Kreml ABŞ-dan dondurulmuş aktivlərin "Sülh Şurası"na yönləndirilməsi təklifinə cavab almayıb


9-02-2026, 15:41. Yazar: Admin

 

Picture background

Kreml Rusiya Prezidenti Vladimir Putinin ABŞ-dan dondurulmuş aktivlərinin bir hissəsini "Sülh Şurası"na yönləndirmək təklifinə hələ cavab almayıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiyanın "Sülh Şurası"nda mümkün iştirakı mövzusu hələ də Xarici İşlər Nazirliyi tərəfindən müttəfiqlər və tərəfdaşlarla birlikdə araşdırılır.

Kremlin sözçüsü Rusiya Federasiyası ilə ABŞ arasında Ankoricdə əldə olunan razılaşmaların həyata keçirilməsi üzrə işlərin davam etdiyini də bildirib.

Peskov vurğulayıb ki, “Ankoric ruhu” Rusiya və ABŞ arasında irəliləyişə, o cümlədən Moskva və Kiyev arasında nizamlanmaya gətirib çıxara biləcək qarşılıqlı anlaşmalar toplusudur.


Geri dön