Ana Sayfa > Karusel / Sosial > “Böyük Seva”nın vəziyyəti açıqlandı

“Böyük Seva”nın vəziyyəti açıqlandı


9-02-2026, 11:20. Yazar: Admin

boyuk-sevanin-veziyyeti-aciqlandi

ANS telekanalından “Böyük Seva” kimi tanınan jurnalist Sevda Həsənova 3 gün öncə beyin əməliyyatı keçirib.

Qarabaginfo.az xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda jurnalistin müalicəsi palata şəraitində davam etdirilir.

“1970-ci il təvəllüdlü şəxs Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb. Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, - məlumatda bildirilib.

Qeyd edək ki, 55 yaşlı Sevda Həsənova 1994-cü ildən 2006-cı ilə qədər ANS-də çalışıb. Daha sonra faəliyyətini istipress.com saytında davam etdirib.


Geri dön