Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var
Ana Sayfa > Karusel / Hadisə > Hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var

Hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var


9-02-2026, 10:13. Yazar: Admin

herbciler-qezaya-dusdu

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.

Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi “Tofaş Şahin” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Mustafayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Sürücü S. Şükürlü və avtomobildə olan digər sərnişinlər – 1994-cü il təvəllüdlü Samir Qurbanov (Quba sakini) və 1997-ci il təvəllüdlü Namiq Əsgərov (Şamaxı sakini) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzada həlak olan və xəsarət alanlar hərbi qulluqçulardır. Hadisə xidmətdən kənar vaxtda baş verib.


Geri dön