Ana Sayfa > Karusel / Dünya > Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilir

Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilir


8-02-2026, 10:19. Yazar: Admin

Sanae Takaiçi, Yaponiya Baş nazir

 

Bu gün Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilir.

Qarabaginfo.az xəbər verir ki, parlament seçkilərində Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hakim koalisiyanın 465 yerdən 300-nü qazanacağı proqnozlaşdırılır.

Hakim koalisiyaya Liberal-Demokrat Partiyasının (LDP) və Yaponiyanın Yenilənməsi Cəmiyyəti daxildir.

Yeni mərkəzçi alyansın yaradılmasına və ultra-sağ qüvvələrin reytinqinin artmasına baxmayaraq, yapon müxalifəti hələ də çox parçalanmış vəziyyətdədir və parlament seçkilərində uğur qazanacaqları gözlənilmir.

 


Geri dön