Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Mariyana Kuyundzi: Avropa İttifaqı Azərbaycandakı gəncləri parlaq gələcək naminə dəstəkləyir - FOTO
Ana Sayfa > Karusel / Siyasət > Mariyana Kuyundzi: Avropa İttifaqı Azərbaycandakı gəncləri parlaq gələcək naminə dəstəkləyir - FOTO

Mariyana Kuyundzi: Avropa İttifaqı Azərbaycandakı gəncləri parlaq gələcək naminə dəstəkləyir - FOTO


7-02-2026, 12:58. Yazar: Admin

Mariyana Kuyundzi: Avropa İttifaqı Azərbaycandakı gəncləri parlaq gələcək naminə dəstəkləyir - FOTO

Avropa İttifaqı Azərbaycandakı gəncləri daha parlaq gələcək naminə dəstəkləyir.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundzi Aİ-nin Nümayəndəliyi və Gənc Avropa Səfirləri Şəbəkəsinin birgə təşkil etdiyi Avropa Bilik Yarışmasının 5-ci yarışının açılışında çıxışı zamanı deyib.

“Tədbirlərimiz və birgə fəaliyyətimiz vasitəsilə bir-birimizdən öyrənirik. Gənclər cəmiyyətlərimiz arasında körpülərin qurulmasında əsas rol oynayırlar. Bugünkü yarışma bunun gözəl nümunəsidir”, - səfir qeyd edib.

Qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Gənc Avropa Səfirləri (GAS) ilə əməkdaşlıq çərçivəsində Bakıda gənclər arasında təşkil olunan 5-ci “Avropa Bilik Yarışı”nda Azərbaycanın müxtəlif regionlarından 14–26 yaş arası gənclərdən ibarət 18 komanda iştirak edir. İki dövrədən ibarət yarış çərçivəsində komandalar Avropa ilə bağlı sualları cavablandırır. Qaliblər qiymətli hədiyyələr və sertifikatlarla təltif olunacaqlar.


Geri dön