Ana Sayfa > Karusel / Siyasət > Allahşükür Paşazadə Vatikana səfər edəcək

Allahşükür Paşazadə Vatikana səfər edəcək


7-02-2026, 12:03. Yazar: Admin

Allahşükür Paşazadə Vatikana səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.

Bu barədə Qarabaginfo.az QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur.

Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.

Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.


Geri dön