Ana Sayfa > Karusel / Gündəm > Bakıda gücləndirilmiş dezinfeksiya işləri həyata keçiriləcək

Bakıda gücləndirilmiş dezinfeksiya işləri həyata keçiriləcək


15-01-2021, 12:25. Yazar: Admin

 

Bakıda gücləndirilmiş dezinfeksiya işləri həyata keçiriləcək

Sabah, yanvar ayının 16-sı səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrindəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə  Qarabaginfo.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur", məlumatda bildirilib.


Geri dön