Ana Sayfa > Karusel / Dünya > Britaniya Kiprə qırıcı təyyarələr yerləşdirib

Britaniya Kiprə qırıcı təyyarələr yerləşdirib


7-02-2026, 08:29. Yazar: Admin

Britaniya Kiprə qırıcı təyyarələr yerləşdirib

Böyük Britaniya hökuməti İran ətrafındakı gərginliyi nəzərə alaraq Kiprdəki Akrotiri hava bazasına əlavə qırıcı təyyarələr yerləşdirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Məlumata görə, altı F-35B qırıcı təyyarəsi 6 fevralda İngiltərənin şərqindəki Marham hava bazasından yola düşüb və Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ehtimalına qarşı Kiprə yerləşdirilib.

“Eurofighter Typhoon” qırıcı təyyarələri də hazırda Akrotiri bazasında yerləşdirilir.

Qeyd edək ki, 22 yanvarda Böyük Britaniya Müdafiə Nazirliyi yerli hakimiyyət orqanlarının xahişi ilə Qətərə “Eurofighter Typhoon” qırıcı təyyarələrinin yerləşdirildiyini açıqlayıb.


Geri dön