Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Gürcü iş adamı hakimiyyətyönümlü teleşirkətdəki payını satıb
Ana Sayfa > Karusel / İqtisadiyyat > Gürcü iş adamı hakimiyyətyönümlü teleşirkətdəki payını satıb

Gürcü iş adamı hakimiyyətyönümlü teleşirkətdəki payını satıb


6-02-2026, 21:33. Yazar: Admin

Gürcü iş adamı hakimiyyətyönümlü teleşirkətdəki payını satıb

Gürcüstanın aparıcı hakimiyyətyönümlü "İmedi" televiziya şirkətinin sahibi iş adamı İrakli Ruxadze şirkətdəki 100%-lik payını satıb.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə özü mətbuata açıqlama verib.

Ruxadze qeyd edib ki, rəhbəri olduğu "Hunnewell Partners" şirkəti bu qərarı tərəfdaşlarla uzunmüddətli və gərgin məsləhətləşmələrdən sonra qəbul edib.

"İmedi"nin səhmlərinin 50%-ni "Prime Media Global" şirkəti əldə edəcək. Digər 50%-i isə şirkətin hazırkı direktoru Maka Lomidze və onun 4 müavininin mülkiyyətinə keçəcək.

Qeyd edək ki, "Hunnewell Partners" şirkəti 2021-ci ildən "İmedi"nin sahibi olub. Telekanalı mərhum milyarder və siyasətçi Badri Patarkatsişvili 2001-ci ildə təsis edib.


Geri dön