Ana Sayfa > Karusel / Gündəm > General DSX Mərkəzi Aparatına rəhbər təyin olundu

General DSX Mərkəzi Aparatına rəhbər təyin olundu


6-02-2026, 15:11. Yazar: Admin

general-dsx-merkezi-aparatina-rehber-teyin-olundu

Dövlət Sərhəd Xidmətində (DSX) aparılan kadr islahatları çərçivəsində daha bir general vəzifədə irəli çəkilib.

Qarabaginfo.az-ın məlumatına görə, bununla bağlı müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Faiq Məmmədov DSX Mərkəzi Aparatının yeni rəhbəri təyin edilib. Bu, Mərkəz Aparatın əsas idarəetmə strukturudur.

Qeyd edək ki, Faiq Məmmədov daha əvvəl DSX-də Baş idarə rəisi vəzifəsində işləyib. O həmçinin qısa müddətə DSX Akademiyasının rəis əvəzi olub.

General 2024-cü ildə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.


Geri dön