Ana Sayfa > Karusel / Gündəm > Türkiyədə peyvənd olunanların sayı 300 mini keçdi

Türkiyədə peyvənd olunanların sayı 300 mini keçdi


15-01-2021, 11:51. Yazar: Admin

 

Türkiyədə peyvənd olunanların sayı 300 mini keçdi

 

Türkiyədə koronavirusa qarşı peyvənd olunanların sayı 300 mini ötüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gündən etibarən başlayan kütləvi peyvəndlənmə kampaniyası çərçivəsində ilkin mərhələdə səhiyyə işçilərinə peyvənd tətbiq edilir.

Vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” peyvəndindən istifadə edilir. Vaksinin 28 gün fasilə ilə 2 dozada tətbiq ediləcəyi bildirilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, Türkiyədə təxminən 1 milyon 100 min səhiyyə işçisi fəaliyyət göstərir.

 

 


Geri dön