Ana Sayfa > Karusel / Dünya > Moskvada QRU rəisinin birinci müavini güllələnib 

Moskvada QRU rəisinin birinci müavini güllələnib 


6-02-2026, 13:42. Yazar: Admin

Rusiya Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi (QRU) rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyev

 

Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə sui-qəsd cəhdi edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Rusiya Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi (QRU) rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyevə sui-qəsd cəhdi edilib.

İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenkonun sözlərinə görə, naməlum şəxs general evindən çıxarkən ona bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.

Zərərçəkən təcili olaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyəti və hadisənin təfərrüatları hələlik məlum deyil.

İstintaq Komitəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.


Geri dön