Ana Sayfa > Karusel / Gündəm > “Azərbaycan Nəşriyyatı” bağlandı

“Azərbaycan Nəşriyyatı” bağlandı


5-02-2026, 16:37. Yazar: Admin

“Azərbaycan Nəşriyyatı” bağlandı“Azərbaycan Nəşriyyatı” əsaslı təmir-bərpa işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb”.

Bu barədə Qarabaginfo.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, nəşriyyatın yerləşdiyi binanın texniki vəziyyətinin yaxşılaşdırılması, təhlükəsizlik standartlarına cavab verməsi və müasir iş şəraitinin yaradılması məqsədilə genişmiqyaslı təmir işlərinin həyata keçirilməsi planlaşdırılır:

“Bu səbəbdən hazırda binada fəaliyyət göstərən qəzet redaksiyalarına və müxtəlif təşkilatlara martın 1-dək möhlət verilmişdi və onların müvəqqəti olaraq başqa ünvanlara köçmələri tələb olunmuşdu. Demək olar ki, hamı başqa ünvana köçüb və bütün otaqlar boşaldılıb”.

Qeyd edilib ki, “Azərbaycan Nəşriyyatı” təmir-bərpa işləri başa çatdıqdan sonra  fəaliyyətini əvvəlki qaydada davam etdirəcək:

“İndiyədək binada yerləşən qəzet və təşkilatların təmirdən sonra yenidən nəşriyyata qayıtmasına icazə verilib-verilməyəcəyinə gəlincə, bu barədə qərar onların özləri verməlidir”.

“Azərbaycan Nəşriyyatı”da təmir işlərinin nə vaxt başlayacağı və başa çatacağı isə hələ dəqiq bilinmir.


Geri dön