Ana Sayfa > Karusel / Dünya > Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar başa çatıb 

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar başa çatıb 


5-02-2026, 16:07. Yazar: Admin

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar başa çatıb - YENİLƏNİB

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib.

“Əbu-Dabidə danışıqların ikinci günü başlayıb. Dünənki kimi, eyni formatda çalışırıq: üçtərəfli məsləhətləşmələr, qruplarla işləmək və mövqelərin daha da sinxronlaşdırılması”, - Umerov qeyd edib.

Qeyd edək ki, ötən gün Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar başlayıb.

Xatırladaq ki, Ukrayna-ABŞ-Rusiya danışıqlarının ilk raundu yanvarın 23-24-də Əbu-Dabidə baş tutub. Fevralın 1-nə planlaşdırılan görüşün vaxtı isə 4-5 fevral tarixinə keçirilib.


Geri dön