Ana Sayfa > Karusel / Dünya > Putinin xüsusi nümayəndəsi Ukrayna ilə sülh sazişi üzrə irəliləyiş olduğunu bildirib

Putinin xüsusi nümayəndəsi Ukrayna ilə sülh sazişi üzrə irəliləyiş olduğunu bildirib


5-02-2026, 12:16. Yazar: Admin

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev

 

Ukrayna ilə sülh sazişi üzrə irəliləyiş var.

Qarabaginfo.az xəbər verir ki, bunu Vladimir Putinin xüsusi nümayəndəsi Kiril Dmitriyev Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli görüşün gedişatı barədə danışarkən bildirib.

Putinin xüsusi nümayəndəsi Britaniya və Avropanın “müharibəni qızışdırmalarına” baxmayaraq, Əbu-Dabi danışıqlarında müsbət irəliləyiş olduğunu açıqlayıb.

“Görüşlər müsbət şəkildə davam edir. Şübhəsiz ki, inkişafı, yaxşı və müsbət irəliləyişi görürük”, - o vurğulayıb.

Dmitriyev Avropa və Britaniyanı danışıqlar prosesinə daim müdaxilə etməkdə və onu pozmağa çalışmaqda ittiham edib.


Geri dön