Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Dünənki havaya görə bir nəfər öldü
Ana Sayfa > Karusel / Sosial > Dünənki havaya görə bir nəfər öldü

Dünənki havaya görə bir nəfər öldü


5-02-2026, 10:56. Yazar: Admin

dunenki-havaya-gore-bir-nefer-oldu

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb.

Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq Mərkəzdən məlumat verilib. 

Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı (qadın) Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı (qadın) və 53 yaşlı (kişi) şəxslər isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hava şəraiti ilə əlaqədar 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.


Geri dön