Ana Sayfa > Karusel / İqtisadiyyat > ABŞ-ın kommersiya neft ehtiyatları 420 mln. barelə enib

ABŞ-ın kommersiya neft ehtiyatları 420 mln. barelə enib


5-02-2026, 09:59. Yazar: Admin

ABŞ-ın kommersiya neft ehtiyatları 420 mln. barelə enib

ABŞ-da kommersiya neft ehtiyatları 3 455 min barel azalıb və 420 299 min barel təşkil edib.

Qarabaginfo.az-a məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 000 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-in neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.


Geri dön