Ana Sayfa > Karusel / Dünya > Müdafiə naziri: HAMAS tərksilah edilməsə, İsrail onu məhv edəcək

Müdafiə naziri: HAMAS tərksilah edilməsə, İsrail onu məhv edəcək


4-02-2026, 15:33. Yazar: Admin

İsrailin müdafiə naziri İsrael Kats

 

İsrailin müdafiə naziri İsrael Kats HAMAS-ı hədələyib.

Qarabaginfo.az-ın “The Times of Israel”ə istinadən verdiyi xəbərə görə, Kats deyib ki, HAMAS razılaşdırılmış çərçivəyə uyğun olaraq tərksilah edilməsə, İsrail onu və onun bütün imkanlarını məhv edəcək.

Müdafiə naziri İsrailin HAMAS-ı tərksilah etməkdə "qətiyyətli" olduğunu bəyan edib:

“Bütün girovlarımızı geri qaytarmaq məqsədimizə çatdıqdan sonra HAMAS-ın tərksilah edilməsini və Qəzzanın tam silahsızlaşdırılmasını tamamlamaq əzmindəyik".


Geri dön