Ana Sayfa > Karusel / Dünya > Kreml: Ukrayna qərar verənə qədər xüsusi hərbi əməliyyat davam edəcək

Kreml: Ukrayna qərar verənə qədər xüsusi hərbi əməliyyat davam edəcək


4-02-2026, 14:27. Yazar: Admin

 

Picture background

Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasının qapısı açıqdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, Ukrayna məsələsi ilə bağlı Rusiyanın mövqeyi bəllidir. Bu mövqeyi amerikalılar və ukraynalılar bilirlər: "Sülh yolu ilə həllin qapısı açıqdır. Ukrayna qərar verənə qədər xüsusi hərbi əməliyyat (SVO) davam etdiriləcək".

Kreml sözçüsü Əbu-Dabidəki yeni məsləhətləşmələr raundunun nəticələri barədə məlumat verməyi planlaşdırmadıqlarını da əlavə edib.


Geri dön