Ana Sayfa > Karusel / İqtisadiyyat > OPEC Azərbaycanda 2021-ci il üçün maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib
OPEC Azərbaycanda 2021-ci il üçün maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib14-01-2021, 16:54. Yazar: Admin |
Azərbaycanda 2020-ci ildə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır. Bu barədə Qarabaqinfo.az Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir. Qeyd edək ki, 2020-ci il üzrə göstərici dekabrda təşkilat tərəfindən ötən il üçün verilən proqnoza uyğundur. Buna baxmayaraq, OPEC 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu 10 min barel yüksəldib. Belə ki, proqnoza əsasən, gələn il sözügedən göstərici 730 min barel səviyyəsində olacağı gözlənilir. APA Geri dön |