Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ermənistan enerji sistemini Azərbaycan və Türkiyə ilə sinxronlaşdırmaq niyyətindədir
Ana Sayfa > Karusel / Region / İqtisadiyyat > Ermənistan enerji sistemini Azərbaycan və Türkiyə ilə sinxronlaşdırmaq niyyətindədir

Ermənistan enerji sistemini Azərbaycan və Türkiyə ilə sinxronlaşdırmaq niyyətindədir


3-02-2026, 16:50. Yazar: Admin

Ermənistan enerji sistemini Azərbaycan və Türkiyə ilə sinxronlaşdırmaq niyyətindədir

Ermənistanın enerji sisteminin Türkiyə, Azərbaycan, İran və Gürcüstanla sinxronlaşdırılması mümkündür.

Qarabaginfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ermənistan enerji sisteminin qonşu ölkələrlə sinxronlaşdırılması təkcə idxal-ixrac baxımından kommersiya əhəmiyyəti daşımır, həm də sistemə dayanıqlılıq gətirəcək.

Hazırda bunun üçün heç bir texniki maneənin olmadığını bildirən Xudatyan hələlik konkret vaxt çərçivələrinin müəyyən edilmədiyini deyib.


Geri dön