Ana Sayfa > Karusel / Gündəm / İdman > “Barselona” 23 ildən sonra penaltilər seriyasında iştirak edib
“Barselona” 23 ildən sonra penaltilər seriyasında iştirak edib14-01-2021, 16:29. Yazar: Admin |
İspaniyanın “Barselona” klubu 23 ildən sonra penaltilər seriyasında iştirak edib. Qarabaqinfo.az-in məlumatına görə, bu, Superkubokun yarımfinalına təsadüf edib. “Real Sosyedad” qarşılaşma 1:1 hesabı ilə başa çatdığından qalib “lotereya”da müəyyənləşib. Barselonanın eyniadlı təmsilçisi 3:2 hesablı qələbəyə sevinib. Kataloniyalılar sonuncu dəfə penalti seriyasında 1998-ci ilin aprelində qüvvəsini sınayıb. Ölkə kubokunun finalında “Malyorka” üzərində qələbə əldə olunub – 1:1, pen.5:4. Maraqlıdır ki, “Real Sosyedad”la görüşdə həlledici penaltinin müəllifi olan 21 yaşlı Rikard Puç həmin vaxt dünyaya gəlməmişdi. Geri dön |