2020-ci ilin aprel ayının 8-dən etibarən Fövqəladə Hallar Nazirliyinin Tibbi və Psixoloji Yardımın təşkili xidmətinə edilən müraciətlərin sayı açıqlanıb.
Fövqəladə Hallar Nazirliyinin Tibbi və Psixoloji Yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva Qarabaqinfo.az-a açıqlamasında bildirib ki, ötən ilin 8 aprel tarixindən bu günə qədər xidmətə 2100 müraciət daxil olub: “Müraciət edən şəxslərin hər birinin sualları müvafiq qaydada cavablandırılıb və xidmətin həkimləri tərəfindən köməklik göstərilib”.
X.Sofiyeva əlavə edib ki, tibbi xidmət müharibədən əziyyət çəkən şəxslər üçün 24 saat fasiləsiz fəaliyyət göstərir.
"Təcrübəli psixoloqlar ilkin olaraq Bakıda yerləşən tibbi müəssisələrdə fəaliyyət göstərəcək. Sonrakı müddətdə isə həkim heyətinin müharibə dövründə dağıntılara və vətəndaşların daha çox psixoloji təsirə məruz qalan Gəncə şəhəri, Bərdə, Tərtər və Goranboy kimi rayonlarda da xidməti nəzərdə tutulur", - deyə X.Sofiyeva bildirilb.