ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnatsio Kassis bu gün Kiyevə səfər edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə nazir “X”-də paylaşım edib.
Kassislə birlikdə ATƏT-in Baş katibi Ferridun Sinirlioğlu da Ukrayna paytaxtına gedib.
Səfər çərçivəsində Ukraynadakı mövcud təhlükəsizlik vəziyyətinin, eləcə də ATƏT-in bölgədəki fəaliyyətinin müzakirə olunacağı gözlənilir.
“ATƏT-in dialoq üçün platforma kimi rolunu və beynəlxalq hüquqa, eləcə də Helsinki prinsiplərinə uyğun ədalətli və davamlı sülhün əldə olunmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu təsdiqləmək üçün burdayam”, – Kassis yazıb.
İqnatsio Kassis, eyni zamanda, Moskvaya səfər etməyi planlaşdırdığını da bildirib.