Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kreml: Putin və Makron arasında təmaslarla bağlı heç bir konkretlik yoxdur
Ana Sayfa > Karusel / Siyasət / Dünya > Kreml: Putin və Makron arasında təmaslarla bağlı heç bir konkretlik yoxdur

Kreml: Putin və Makron arasında təmaslarla bağlı heç bir konkretlik yoxdur


Dünən, 15:17. Yazar: Admin

Rusiya Prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makron

 

Hazırda Rusiya Prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makron arasında təmasların təşkili ilə bağlı konkret nəsə demək mümkün deyil.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin və Makron arasında təmaslarla bağlı heç bir konkretlik yoxdur.

Kremlin sözçüsü Fransa hakimiyyətinin Rusiya ilə ünsiyyət kanalı yaratmaq ideyasının sağlam olduğunu qeyd edib: “Dialoq kanallarının zəruri olması ideyasının özü sağlamdır və biz bunu bölüşürük. Bütün ünsiyyət formalarının bağlanması təşəbbüsü göstərən isə biz deyildik, bunu edən avropalılar idi”.

Peskov ünsiyyətin bərpası ideyasını yalnız alqışlaya biləcəklərini vurğulayıb.


Geri dön