Ana Sayfa > Karusel / Siyasət > Rusiya Prokurorluğu azərbaycanlı blogerə qarşı ittiham aktını təsdiqləyib

Rusiya Prokurorluğu azərbaycanlı blogerə qarşı ittiham aktını təsdiqləyib


Bu gün, 14:22. Yazar: Admin

azərbaycanlı bloger Hüseyn Həsənov

 

Rusiya Prokurorluğu azərbaycanlı bloger Hüseyn Həsənova qarşı çirkli pulların yuyulması işi üzrə ittiham aktını təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Hüseyn Həsənov Rusiya Cinayət Məcəlləsinin “cinayət törətmək yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması” maddəsi ilə ittiham olunur.

Cinayət işi baxılması üçün Presnenski Rayon Məhkəməsinə göndərilib.

Bloger qiyabi həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Hüseyn Həsənovun fərdi sahibkar kimi 170 milyon rubldan çox vergini ödəmədiyi bildirilib.


Geri dön