Ana Sayfa > Karusel / Gündəm > Qasım Məmmədovun yerinə o təyin edildi

Qasım Məmmədovun yerinə o təyin edildi


2-02-2026, 11:24. Yazar: Admin

qasim-memmedovun-yerine-o-teyin-edildi

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisinə yeni müavin təyin edilib.

Qarabaginfo.az-ın məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə müşaviri Anar Mirkişiyev İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun müavini vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, A.Mirkişiyevin indi təyin edildiyi vəzifəni daha əvvəl Qasım Məmmədov tutub. Q. Məmmədov ötən ilin sentyabr ayından respublika hərbi prokurorunun müavinidir.


Geri dön